“Bavariya”nın oyunçusu İngiltərə klubunun hədəfində
05.02.2024 , 16:53

“Mançester Siti”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixi transfer etmək istəyir.
Razılaşma əldə olunarsa, keçidin baş tutacağı gözlənilir.
Kimmix 2015-ci ilin iyulundan “Bavariya”da çıxış edir.
