“Bavariya”nın oyunçusu əməliyyat olundu
16.09.2024 , 12:13
“Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisinin oyunçusu Saça Boey sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, Boeyin sol dizində menisk yırtığı olduğu və 24 yaşlı oyunçunun uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb.
Futbolçunun bir neçə həftə meydanlardan uzaq qalacağı bildirilib.