“Bavariya”nın müdafiəçisi zədələndi
26.03.2025 , 15:30

“Bavariya”nın müdafiəçisi Dayot Upamekano zədələnib.
Korner.az xəbər verir ki, fransalı futbolçunun sol dizinin oynaqlarında problemlər yaranıb.
Bu səbəbdən o, bir neçə həftə meydanlardan uzaq qalacaq.
26 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 33 matça çıxıb, 2 qol vurub.
