“Bavariya”nın Kyeza planı
19.06.2024 , 14:59

“Bavariya” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub “Yuventus”un hücumçusu Federiko Kyezanı heyətinə qatmağa hazırlaşır.
Münhen təmsilçisi futbolçu üçün 30-40 milyon avro ödəməyə razıdır.
Kyeza ötən mövsüm “Yuventus”un heyətində 37 matça çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
