“Bavariya”nın futbolçusunda koronavirus aşkarlandı
02.11.2020 , 21:10

“Bavariya”nın futbolçusu Niklas Süle koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçunun testinin nəticəsi müsbət olub. Onun karantinə alındığı bildirilib.
