“Bavariya”nın futbolçusu qəzaya düşdü
01.04.2020 , 17:16

“Bavariya”nın futbolçusu Jerom Boatenq avtomobil qəzasına düşüb.
Korner.az xəbər verir ki, hadisə müdafiəçinin qarlı havada yay rezin təkərləri olan “Mercedes”lə yola çıxdığına görə baş verib.
Avtomobil yoldan sürüşərək yan səddə çırpılıb. Futbolçu xəsarət almayıb.
Xatırladaq ki, Boatenq 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.
