“Bavariya”nın futbolçusu “Marsel”ə keçir
03.12.2024 , 15:00
“Marsel” müdafiə xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, Fransa təmsilçisi “Bavariya”nın sağ cinah müdafiəçisi Saça Boey ilə maraqlanır.
Bu barədə “LEquipe”məlumat yayıb.
“Bavariya” ilə 2028-ci ilə qədər müqaviləsi olan Boeyin birdəfəlik transferinin çətin olduğu görünür.
“Marsel” bu səbəbdən fransalı oyunçunu icarəyə götürmək fikrindədir.
Saşa Boey bu mövsüm “Bavariya”nın heyətində 4 matçda 158 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.