“Bavariya”nın futbolçusu koronavirusa qalib gəldi
11.11.2020 , 22:22

“Bavariya”nın futbolçusu Niklas Süle koronavirusa qalib gəlib.
Korner.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Testi mənfi çıxan alman müdafiəçi komandayla məşqlərə başladığı qeyd olunub.
Xatırladaq ki, Süle noyabrın 2-də koronavirusa yoluxmuşdu.
