“Bavariya”nın futbolçusu “Arsenal”a keçir?
10.03.2025 , 23:56

“Bavariya”nın futbolçusu Kinqsli Koman İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Korner.az xəbər verir ki, Bundesliqa nəhəngindən ayrılmağa hazırlaşan fransalı oyunçu “Arsenal”a keçməyə yaxındır.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərə görə, Premyer Liqa təmsilçisi vinger üçün yayda Aımaniya klubuna təklif göndərməyə hazırlaşır.
“Arsenal”dan başqa 28 yaşlı futbolçu ilə “Liverpul” da maraqlanır.
Yaxşı təklif gələrsə, “Bavariya” onu yayda satmağı planlaşdıracaq.
