“Bavariya”nın futbolçusu ən yaxşı seçildi
01.11.2023 , 11:01
“Bavariya”da çıxış edən Kim-Min Ce Asiya qitəsində 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Korner.az xəbər verir ki, Asiya Futbol Federasiyasının yaydığı məlumatda deyilir ki, ənubi koreyalı mərkəz müdafiəçisi sorğuda “Tottenhem”də çıxış edən Hık Min-Son və “Brayton”un yapon futbolçusu Kaoru Mitomanı qabaqlayıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi yayda Münhen klubuna transfer olunmuşdu.