“Bavariya”nın futbolçusu əməliyyat olundu
22.04.2020 , 17:23

“Bavariya”nın yarımmüdafiəçisi Korentin Tolisso əməliyyat olunub.
Korner.az xəbər verir ki, fransalı futbolçunun sol ayağındakı ağrılara görə cərrahiyyə əməliyyatına ehtiyac duyulub.
Fransa millisinin üzvü 4 həftə sonra məşqlərə başlaya biləcək.
Xatırladaq ki, Korentinin “Bavariya” ilə 2022-ci ilin iyun ayına kimi müqaviləsi var.
