“Bavariya”nın futbolçusu əməliyyat olundu
25.10.2019 , 22:22

“Bavariya”nın müdafiəçisi Lukas Hernandesin aqibətinə aydınlıq gəlib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”u məğlub etdiyi oyunda (3:2) zədələnən futbolçu əməliyyat olunub.
Müdafiəçinin əməliyyatının uğurlu olduğu bildirilir.
Hernandesin tam sağalma müddəti açıqlanmasa da, müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
