“Bavariya”nın 2 futbolçusu İngiltərə klubunun hədəfində
07.02.2024 , 14:20

“Mançester Yunayted”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu “Bavariya”nın 2 futbolçusunu heyətinə cəlb etməyi düşünür.
Bunlar yarımmüdafiəçi Coşua Kimmix və müdafiəçi Alfonso Deyvisdir.
İngiltərə klubu futbolçular üçün rəsmi təklif hələ ki, göndərməyib.
