“Bavariya”nın müdafiəçisi Jerom Boatenq dünənki “Barsa” (0:3) məğlubiyyətini şərh edib.
Korner.az-ın məlumatına görə, alman futbolçu bunları deyib:
“Hər şey yolunda gedirdi. Biz öz oyunumuzu oynayırdıq. 70-ci dəqiqəyədək düşünürdük ki, hər şeyi həll etdik. Lakin ardıcıl səhvlər buraxdıq və qolları yedik. Belə məğlub olmağımız çox ağırdı. Məqsədimiz Münhendə qələbə qazanmaqdı”
