“Bavariya”dan yeni transfer – Rəsmi
04.01.2026 , 15:27
“Bavariya” heyətini yeni gənc futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi 18 yaşlı hücumçu Bara Sapoko Ndiayeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gambiya millisinin üzvü olan forvard “Gambinos Stars Afrika” klubundan icarəyə götürülüb və mövsümün sonuna qədər Almaniya nəhənginin formasını geyəcək.