“Bavariya”dan yeni transfer
08.07.2024 , 10:00

“Bavariya” heyətini yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Kristal Pelas”dan Maykl Oliseni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
