“Bavariya”nın heyətində ciddi itki baş verib.
Korner.az-ın məlumatına görə, Münhen təmsilçisinin aparıcı üzvlərindən olan Holger Badştuber sıradan çıxıb.
26 yaşlı müdafiəçi komandanın məşqi zamanı zədələnib. Keçirilən tibbi müayinə nəticəsində Almaniya millisinin üzvünün topuğunda sınıq aşkarlanıb.
Batştuber üçün artıq mövsümün bitdiyi bildirilir. Belə ki, alman futbolçu ən yaxşı halda 3 aydan sonra məşqlərə başlaya biləcək.
