“Bavariya”dan rekord gəlir – 657 milyon avro
20.11.2018 , 17:05

“Bavariya”nın ötən mövsümdəki gəliri açıqlanıb.
Münhen təmsilçisi ümumilikdə 657 milyon avro gəlir qazanc əldə edib. Bundesliqanın son çempionu 2016/2017 mövsümü ilə müqayisədə 136 milyon avro daha çox gəlir götürüb ki, bu da klubun yeni maliyyə rekordudur.
Qeyd edək ki, bu sahədə “Barselona” 1 milyard avroluq gəlirlə liderdir.
