“Bavariya” qış “transfer pəncərəsi”ndə ilk keçidini rəsmiləşdirib. Münhenlilər “Hoffenhaym”ın hücumçusu Sandro Vaqneri rəsmən heyətə cəlb ediblər.
Bu barədə məlumat “Bavariya”nın tvitter səhifəsində yayılıb. Uzun müddətdi danışıq aparılan 30 yaşlı futbolçu ilə 2020-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. Vaqner yeni komandasına yanvarın 1-də qoşulacaq.
Almaniya yığmasının üzvü “Bavariya”da maraqlı seçim edib. Belə ki, o, Bundesliqa çempionunun heyətində 2 nömrəli formanı geyinəcək.
