“Bavariya”dan PSV-yə
11.08.2023 , 14:51

“Bavariya” futbolçusu Malik Tillmanla müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tillman Niderland PSV-sinə icarəyə verilib. Amerikalı futbolçu 2024-cü ilin yayına qədər Eyndhoven təmsilçisində çıxış edəcək.
