“Bavariya”dan “Napoli”yə?
01.05.2025 , 14:30

Kim Min Jae mövsümün sonunda “Bavariya”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, ulduz oyunçunun “Napoli”yə keçəcəyi gözlənilir.
Bu barədə “Fichajes” məlumat yayıb.
Xəbərdə, koreyalı futbolçunun hələlik rəsmi təklif almasına baxmayaraq, tərəflər arasında ilkin təmasların olduğu bildirilib.
Bu mövsüm 43 matçda iştirak edən 28 yaşlı müdafiəçi 3 qola imza atıb.
