“Bavariya”dan “Monako”ya
15.05.2025 , 11:12

“Bavariya”nın futbolçusu Erik Dayer karyerasını Fransada davam etdirəcək.
Korner.az xəbər verir ki, 31 yaşlı oyunçu “Monako” ilə razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya klubu ilə yayda müqaviləsi bitəcək Dayer yeni klubuna azad agent kimi keçəcək.
