“Bavariya”dan “Liverpul”a?
14.03.2025 , 23:00

“Bavariya”nın futbolçu Leroy Sane mövsümün sonunda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, almaniyalı vinger karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
27 yaşlı oyunçunun xidmətində “Liverpul”un maraqlı olduğu iddia olunur.
Mersisayd təmsilçisi yayda ulduz futbolçunu heyətinə qatmağa çalışacaq.
Xatırladaq ki, Sane 2020-ci ildən “Bavariya”da çıxış edir.
