“Bavariya”dan Kimmix qərarı
27.02.2025 , 19:14

“Bavariya” mövsümün sonunda müqaviləsi başa çatacaq olan Yozua Kimmixlə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Bundesliqa klubu almaniyalı yarımmüdafiəçinin sözləşməsini uzatmayacaq.
Münhen təmsilçisi 30 yaşlı futbolçu ilə yayda yollarını ayırmağı düşünür.
Təcrübəli oyunçu mövsümün sonunda azad agent olacaq.
