“Bavariya”dan İngiltərə klubuna
08.07.2024 , 11:20

“Bavariya”nın müdafiəçisi Matteys de Liqt klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, ulduz oyunçu karyerasını İngiltərədə davam etdirəcək.
“Mançester Yunayted” futbolçunun xidmətində maraqlıdır. Tərəflərin arasında artıq razılığın əldə olunduğu da bildirilir.
De Liqtin İngiltərə klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
Mina Musayeva
