“Bavariya”dan İngiltərə klubuna
19.12.2024 , 12:30
“Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmix klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
“Mançester Siti” almaniyalı futbolçunu transfer etməkdə maraqlıdır.
İngiltərə klubu mövsümün sonunda Bundesliqa təmsilçisi ilə müqaviləsi başa çatacaq 29 yaşlı oyunçunu heyətinə cəlb etmək üçün hərəkətə keçəcək.