“Bavariya”dan ayrılır?
06.03.2025 , 11:30

“Bavariya”nın müdafiəçisi Saşa Boey klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu artıq özünə klub da axtarmağa başlayıb.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Münhen təmsilçisinin 25 yaşlı oyunçunun komandadan getməsinə mane olmayacağı qeyd edilib.
Bundesliqa nəhəngi Boey üçün yaxşı təklif gələrsə, onu satmağa razı olacaq.
