Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında “Roma”ya qalib gələn “Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Münhen klubunun əsas heyət üzvlərindən olan David Alaba bu görüşdə zədələnib.
Tibbi müayinədən keçdikdən sonra məlum olub ki, avstriyalı müdafiəçinin zədəsi ciddidir. Həkimlər onun 2014-cü ili vaxtından əvvəl bitirdiyini deyiblər.
