“Bavariya” qapıçısı Sven Ulrayxla müqaviləni artırıb. 30 yaşlı qolkiperin yeni sözləşməsinin müddəti 2021-ci ilədəkdir.
“Ştutqart”ın yetirməsi olan Sven 2015-ci ildən “Bavariya”da çıxış edir. Almaniya qapıçı bu mövsüm 27 oyunda meydana çıxıb. O, əsas qapıçı Manuel Noyerin zədələnməsindən sonra oynamaq şansı qazanıb.
