“Bavariya”da yeni müqavilə
05.03.2021 , 19:50

“Bavariya”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi yarımmüdafiəçisi Camal Musiala ilə müqavilənin müddətini artırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.
