“Bavariya”da yeni müqavilə
27.06.2024 , 18:33

“Bavariya”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi futbolçusu Yosip Stanişiçlə sözləşməni yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı oyunçunun müqaviləsi 2029-cu ilin yayına qədər uzadılıb.
