“Bavariya”da yeni müqavilə
30.08.2019 , 18:38

“Bavariya” Robert Levandovski ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi futbolçu ilə müqavilənin müddətini 2023-cü ilin yayına qədər artırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Levandovski, “Bavariya”da 2014-cü ildən çıxış edir. Futbolçu Münhen klubunda indiyə qədər 246 oyuna çıxıb, 197 qol vurub.
