“Bavariya”da yeni müqavilə
08.05.2022 , 13:18

“Bavariya” futbolçusu Sven Ulrayxla yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı qapıçı 2022/2023 mövsümünün sonuna kimi Bundesliqa klubunun şərəfini qoruyacaq.
Almaniyalı qolkiper bu mövsüm 8 matçda meydana çıxıb.
