“Bavariya”da qalacaq
07.02.2025 , 12:50

“Bavariya”nın hücumçusu Harri Keyn komandasından ayrılmayacaq.
Korner.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Münhen təmsilçisində davam etdirəcək.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Forvardın “Bavariya” ilə hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına kimidir.
