“Bavariya”da itki
11.12.2023 , 10:49

“Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Serj Qnabri sıradan çıxıb.
O, Bundesliqanın XIV turunda “Ayntraxt”la görüşdə (1:5) xəsarət alıb.
Oyunçunun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
