“Bavariya”nın heyətindən kənar qaldı
16.08.2024 , 16:54
Leon Qoretzka “Bavariya”nın heyətindən kənar qalıb.
Korner.az xəbər verir ki, 29 yaşlı futbolçu Almaniya kubokunda “Ulm”la keçiriləcək matçda yer almayacaq.
Almaniya mətbuatı Qoretzka üçün verilən bu qərarın texniki qərar olduğunu yazıb.
Bir tərəfdən “Bavariya”nın təcrübəli futbolçu ilə yollarını ayırmaq, Qoretzkanın isə komandada qalıb mübarizə aparmaq istədiyi iddia edilir.
2018-ci ildən “Bavariya”da çıxış edən Qoretzka Almaniya nəhənginin heyətində 221 matçda 40 qol vurub və 46 məhsuldar ötürmə edib.
Transfer dəyəri 30 milyon avro olaraq göstərilən Qoretzkanın Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədər davam edir.
Mina Musayeva