“Bavariya”da ciddi itki
13.06.2020 , 16:08

“Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Tyaqo Alkantara 3 həftəlik sıradan çıxıb.
29 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindən əməliyyat edilib.
Qeyd edək ki, Alkantara Almaniya kubokunun yarımfinalında “Ayntraxt”la matçda (2:1) zədələnmişdi.
