“Bavariya”da ciddi itki
14.11.2018 , 21:01

“Bavariya”nın futbolçusu Xames Rodriqes zədələnib
Kolumbiyalı yarımmüdafiəçi məşq zamanı sol dizindən zədə alıb. Diz bağlarında yırtıq aşkarlanan X.Rodriqesin müalicəsi başlamadan əvvəl 10 gün dincəlməli olduğu bildirilib.
Qeyd edək ki, müqavilə ilə “Real”a məxsus olan X.Rodriqes 2017-ci ildən “Bavariya”da icarə əsasında oynayır.
