Münhen “Bavariya”sı heyətində ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “pivəçilər”in müdafiəçisi Holqer Badştuber zədə səbəbilə 3 ay komandasına kömək edə bilməyəcək.
26 yaşlı futbolçu “Bavariya”nın “Porto” ilə Çempionlar Liqasının 1/4 final qarşılaşmasında zədə alıb.
