“Bavariya”da ciddi itki
28.01.2024 , 20:15

“Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Bundesliqanın XIX turunda “Auqsburq”la oyunda (3:2) zədələnib.
Komanın 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
