“Bavariya”da baş məşqçi postuna 2 namizəd
15.04.2024 , 21:11

Tomas Tuxellə yollarını ayıracaq “Bavariya”da yeni məşqçi axtarışları davam edir.
Korner.az xəbər verir ki, Alman nəhəngində hazırkı favoritin komandanın keçmiş çalışdırıcısı Julian Nagelsmann olduğu iddia edilib.
Hazırda “Bavariya” ilə Nagelsmann arasında danışıqların yüksək səviyyədə olduğu və 36 yaşlı çalışdırıcı ilə 3-4 illik müqavilənin müzakirə olunduğu qeyd edilib.
Zinəddin Zidanın adı da “Bavariya”da baş məşqçi postu üçün gündəmdədi.
Mina Musayeva
