Dünya Futbolu

“Bavariya”da 40 illik dönəm başa çatdı

16.11.2019 , 17:14

“Bavariya” klubunun prezidenti Uli Höness postundan gedib.

Korner.az xəbər verir ki, 40 il idi Münhen təmsilçisində çalışan Uli Hönessi “Adidas” şirkətinin İdarə Heyətinin sədri, həmçinin klubun Nəzarət Şurasında yer alan Herbert Hayner əvəz edib.

Qeyd edək ki, Höness ilk dəfə 2009-cu ildə “Bavariya”nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılsa da, 2 il sonra yenidən prezident olmuşdu. Höness ümumilikdə isə 40 il idi Münhen klubunda çalışırdı.

Son yazılar

Yuxarı