“Bavariya”nın daha bir futbolçusu zədələnib
Korenten Tolisso Almaniya Bundesliqasının 26-cı turunda “Hamburq”la oyunda (6:0) zədələnib.
Fransız yazımmüdafiəçi bir müddət komandasına kömək edə bilməyəcək. O, Çempionlar Liqasının 1/8 final mərhələsində “Beşiktaş”la cavab oyununu da buraxacaq.
Tolissodan başqa, Kinqsli Koman və Manuel Noyer də zədə səbəbindən İstanbuldakı oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, “Beşiktaş” – “Bavariya” oyunu martın 14-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
