“Bavariya” yeni transferini rəsmən açıqladı
13.06.2024 , 19:55

“Bavariya” yeni transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, Münhen klubu “Ştutqart”dan Hiroki İtonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu keçid Almaniya nəhənginə 30 milyon avroya başa gəlib.
