“Bavariya” yenə ən güclü oldu
18.05.2019 , 20:07

Almaniya çempionatında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Münhen klubu son turda “Ayntraxt”a 5:1 hesabı ilə qalib gələn “Bavariya” 78 xalla ardıcıl 7-ci, ümumilikdə isə 29-cu dəfə ölkə çempionu olub. Komandanın qollarını Kinqsli Koman, Renato Sançes, Frank Riberi, Aryen Robben, David Alaba vurub. Səfərdə Münhenqladbax “Borussiya”sına 2:0 hesabı ilə qalib gələn Dortmund 76 xalla 2-ci pillə ilə kifayətlənib. 66 xal toplayan “Leyptsiq” isə 3-cü olub.
