Münhen “Bavariya”sı “Valensiya”nın futbolçusu Xuan Bernatı transfer edib.
Korner.az-ın məlumatına görə, istedadlı orta sahə futbolçusunun müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. Yarımmüdafiəçi iyulun 10-dan etibarən yeni komandası ilə məşqlərə başlayacaq. Transferin dəyəri 10 milyon avro olduğu deyilir.
Qeyd edək ki, 21 yaşlı futbolçu son mövsüm 32 oyunda 1 qol və 2 ötürmə ilə yadda qalıb.
