“Bavariya” üçün ciddi itki
15.04.2019 , 20:00

“Bavariya” klubu ciddi itki ilə üzləşib.
Komandanın aparıcı üzvlərindən hesab olunan qapıçı Manuel Noyer zədələnib. Almaniyalı çərçivə qoruyucusu ötən gün daxili çempionatda “Düsseldorf” ilə görüşün 53-cü dəqiqəsində sıradan çıxıb. İlkin tibbi yoxlanış sonrası onun 2 həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
Qeyd edək ki, hazırda “Bavariya” klubu 67 xalla tunir cədvəlinə başçılıq edir.
