“Bavariya” üçün ən uğursuz start
11.11.2018 , 16:34

Almaniya Bundesliqasının 11-ci turunda səfərdə “Borussiya” ilə qarşılaşan “Bavariya” 2:3 hesabı ilə uduzub.
Bu qələbədən sonra Dortmund klubu xalını 27-ə çatdıraraq liderliyini möhkəmləndirib. “Bavariya” isə 20 xalla 3-cü pillədə qərarlaşıb.
Bu, Münhen klubu üçün tarixinin ən uğursuz göstərcisidir. Komanda heç vaxt 11 turdan sonra liderdən 7 xal geri qalmayıb.
Qeyd edək ki, “Bavariya” bu mövsüm Bundesliqada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 3 oyunda uduzub.
