“Bavariya” Tuxelə əvəzləyici tapdı
23.05.2024 , 14:33

Mövsümün sonunda Tomas Tuxellə yollarını ayıracaq “Bavariya” yeni baş məşqçini tapıb.
Korner.az xəbər verir ki, klub Vinsent Kompani ilə prinsipial razılığa gəlib.
Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərin təfərrüatlarında razılaşmanın bu həftə rəsmən açıqlanacağı bildirilib.
Digər tərəfdən, “Bavariya” Vinsent Kompani üçün “Bernli”yə 10 milyon avro təklif edib. Klub isə mütəxəssis üçün 20 milyon avro tələb edir. Qısa müddətdə tərəflər arasında razılığın əldə olunacağı gözlənilir.
“Bernli”nin rəhbəri kimi 96 rəsmi oyuna çıxan Vinsent Kompani bu görüşlərdə 41 qələbə, 24 heç-heçə və 31 məğlubiyyətə imza atıb.
Mina Musayeva
