Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” "Şalke"də çıxış edən Leon Qoreçka ilə razılaşıb.
Korner.az-ın məlumatına görə, bu haqda “SportBild” xəbər yayıb.
Yayılan xəbərə əsasən, futbolçu ən geci 2018-ci ilin yayında “Bavariya”ya keçəcək. Bildirilir ki, futbolçunun təmsilçisi Münhen klubu ilə görüşüb. Lakin “Şalke”yə rəsmi təklif gəlməyib. Klubun idman direktoru Kristian Haydel isə oyunçunun bu yay komandadan ayrılacağını düşünmür.
Qeyd edilir ki, əgər son Bundesliqa çempionu “Şalke” ilə danışıqlara başlasa yarımmüdafiəçininin bu yay transfer hüququnu alacaq. Lakin gözləsə, o zaman Leon 2018-ci ilin yayında azad agent kimi “Bavariya”ya keçəcək.
